Polşa XİN rəhbəri: Gürcüstanın Aİ və NATO-ya üzvlüyü transatlantik birliyin maraqlarına uyğundur

Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzvlüyü təkcə Gürcüstanın deyil, həm də transatlantik birliyin maraqlarına uyğundur.

Bunu ölkəmizdə səfərdə olan Polşanın xarici işlər naziri Zbiqnev Rau həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.

Nazir Polşanın Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəklədiyini, bütün avropalıların bərabər inkişafına nail olmaq məqsədilə Polşanın təşəbbüsü ilə Şərq Tərəfdaşlığı siyasətinə start verildiyini qeyd edib.

Zbiqnev Rau əlavə edib ki, cari ilin sonuna kimi Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edə bilər.