Appaturay: NATO Gürcüstanın üzləşdiyi çətin durumunu anlayır

NATO müttəfiqləri Gürcüstanda qütbləşmənin zəruri islahatların həyata keçirilməsinin qarşısını almasından narahatdır.

Bunu ölkəmizdə səfərdə olan NATO baş katibi köməkçisinin müavini Ceyms Appaturay jurnalistlərə açıqlamasında bildirib:

“Mənim parlamentarilərə verdiyim mesaj sirr deyil və çox sadədir – islahatlar davam etməlidir, biz siyasi qütbləşmənin bəzi islahatları blokladığından narahatıq. Müttəfiqlər aydın islahatların həyata keçirilməsini görmək istəyirlər”.

Appaturay vurğulayıb ki, NATO Rusiya qoşunlarının paytaxt Tbilisidən çox da uzaqda olmadığını nəzərə alaraq Gürcüstanın üzləşdiyi çətin durumunu anlayır, bununla belə bütün ölkələr bacardıqları çərçivədə Ukraynaya maksimum dəstək verməlidirlər.

Appaturay əlavə edib ki, Ukraynanın müharibədə məğlub olması Gürcüstan üçün təhlükəsizlik məsələlərini son dərəcə çətinləşə bilər.

“Ukraynanın sadəcə məğlub olmaması deyil, həm də qalib gəlməsi əsasdır. Çünki Ukrayna məğlub olarsa, həm Gürcüstan, həm də bizim hamımız üçün təhlükəsizlik məsələləri son dərəcə çətin olacaq ”, – Appaturay bildirib.