Ceyms Appaturay Gürcüstana səfər edib – FOTO

NATO baş katibi köməkçisinin müavini Ceyms Appaturay Gürcüstana səfər edib.

Bu barədə əlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb. Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze ilə Ceyms Appaturay arasında keçirilmiş görüşdə Gürcüstanda enerji sektorunda aparılan islahatlar müzakirə edilib.

Qeyd edilib ki, tərəflər vacib enerji layihələrini detallı müzakirə ediblər.

Nazirliyin məlumatına görə, Ceyms Appaturay Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb və bunun yalnız Gürcüstan üçün deyil, bütün Cənubi Qafqaz üçün vacib olduğunu vurğulayıb.