“Vahid komandanlıq əsasında” və “Bir Kosalı gəncinin yeddi günlük müharibəsi” adlı kitabların təqdimat tədbiri keçirilib -VİDEO

Qardabani rayonunun Kosalı kəndində Mustafa Sədi oğlunun müəllifi olduğu “Vahid komandanlıq əsasında” və “Bir Kosalı gəncinin yeddi günlük müharibəsi” adlı kitabların təqdimat tədbiri keçirilib.

Kosalı məktəbində keçirilən tədbirdə yerli dövlət rəsmiləri, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə müəllif Mustafa Sədi oğlunun həyat və fəaliyyəti barədə iştirakçılara məlumat verilib.

Onun, əsərlərində hərbi vətənpərvərlik mövzularına xüsusi yer ayıran yazar olduğu vurğulanıb. Mustafa Sədi oğlunun yeni nəşrlərində zəhmətkeş və sülhsevər Gürcüstan Azərbaycanlılarının Gürcüstanın müstəqilliyi uğrunda Gürcü xalqı ilə birlikdə çiyin-çiyinə apardığı mübarizəsindən bəhs etdiyi qeyd edilib.