Gürcüstan və Portuqaliyanın müdafiə nazirlikləri arasında qarşlıqlı əməkdaşlığa dair sənəd imzalanıb – FOTO

Tbilisidə səfərdə olan Portuqaliyanın müdafiə naziri Helena Karreiras gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik məsələlərini, cari məsələləri, eləcə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında qarşlıqlı əməkdaşlığa dair sənədi imzalayıblar. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində razılaşıblar.

Məlumatda qeyd olunub ki, bu səfər Portuqalliya müdafiə nazirinin müstəqillik tarixində Gürcüstana ilk səfəridir.