Sərxoş sürücü iki polis əməkdaşının ölümünə səbəb olub
Kareli bələdiyyəsində sərxoş sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində patrul polis xidmətinin iki əməkdaşı həlak olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sərxoş vəziyyətdə avtomobil idarə edən, əvvəllər də məhkum olmuş 1993-cü il təvəllüdlü şəxs idarəetməni itirərək yol kənarındakı iki polis əməkdaşını vurub. Hadisə nəticəsində polis avtomobilindəki 1972-ci il təvəllüdlü Omar Kareli və 1992-ci il təvəllüdlü Vano Basanidze həyatını itirib.
Məlumat üçün onu da bildirək ki, Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin müvafiq bəndi əsasında istintaq başladıb.