Qaribaşvili Ərdoğanı ilk raundda qələbə münasibətilə təbrik edib

Baş nazir İrakli Qaribaşvili ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb.

Bildirilib ki, İrakli Qaribaşvili seçkilərin uğurla təşkil olunmasına və ilk raundda əldə edilən uğura görə, Türkiyə Prezidentini təbrik edib.

İrakli Qaribaşvili Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının güclənməsində, həmçinin birgə regional layihələrin dəstəklənməsi ilə dayanıqlı və stabil regional inkişafda Ərdoğanın şəxsi rolunu vurğulayıb.

Baş nazir İrakli Qaribaşvili Prezident Ərdoğana seçkilərin ikinci raundunda da uğur arzulayıb.