Koni bələdiyyəsində quduzluğa qarşı karantin elan ediləcək

Koni bələdiyyəsində quduzluq virusunun yayılması ilə əlaqədar karantin elan ediləcək.

Bu barədə Xoni meri Lado Curxadze ölkənin ictimai telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən həftə virusa yoluxmuş it üç uşağı dişləyib. Onların üçünə də peyvənd vurulub, lakin uşaqlardan birinin başqa bir xəstəliyi olduğu üçün ona immunitet gücləndirici dərmanların verilməsi mümkün olmayıb.

Xonidə daha bir quduzluq halının isə bu gün təsdiqləndiyi bildirilib. Məlumata görə hazırda, virusa yoluxmuş itlə təmasda olan 15 nəfər müəyyən edilib.