Marneulidə cəsədi tapılan orta yaşlı kişinin qətli ilə bağlı 2 nəfər saxlanılıb – VİDEO

Marneuli Bələdiyyəsinin Qırıxlı kəndində cəsədi tapılan orta yaşlı kişinin qətli ilə bağlı 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Kvemo-Kartli Polis departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü və 2005-ci il təvəllüdlü iki nəfəri qəsdən adam öldürmə ittihamı ilə həbs ediliblər.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər Tbilisidən Marneuli istiqamətində taksi ilə hərəkət zamanı, sürücünü qətlə yetirmək qərarına gəliblər. Avtomobili saxlatdırdıqdan sonra 1969-cu il təvəllüdlü sürücünü qətlə yetirib, cinayətin izlərini itirmək üçün Marneuli bələdiyyəsindəki çaylardan birinin yaxınlığında torpağa basdırıblar.

Daha sonra taksi sürücüsünə məxsus avtomobillə öz evlərinə gedərək, oradakı sexdə avtomobili hissələrə bölüblər.

Saxlanılan şəxsləri 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Məlumat üçün onu da bildirək ki, cinayət hadisəsində əli olan daha bir şəxsin müəyyən edilərək tutulması istiqamətində isə müvafiq tədbirlər görülür.