Baş nazir: Gürcüstan Ukrayna və Moldovadan 2-3 dəfə irəlidədir
Biz özümüzü Moldova və ya Ukrayna ilə müqayisə etmək istəmirik, ləyaqətə əsaslanan yanaşmadan və performansdan danışırıqsa biz Ukrayna və Moldovadan 2-3 dəfə irəlidəyik.
Bunu Baş naziri İrakli Qaribaşvili Qatar İqtisadi Forumunda deyib.
“Ola bilsin ukraynalı dostlarımızın bizdən fərqli gözləntiləri var. Onlar bunu açıq şəkildə söyləməlidirlər ki, biz Gürcüstanda ikinci cəbhə görmək istəyirik. Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra kifayət qədər müharibələrdə olub, 90-cı illərdə bizim iki müharibəmiz, vətəndaş müharibəsi olub, daha sonra 2008-ci ildə Rusiya ilə müharibəmiz olub. 4 milyon nəfər əhalisi və 40 minlik ordusu olan kiçik bir ölkə Rusiya ilə birbaşa müharibədə olub”.
Qaribaşvili Gürcüstanın Ukraynaya hərbi yardım göstərməməsi ilə bağlı suala cavabında bildirib ki, müharibə dövründə Gürcüstan hökuməti atdığı addımlarla ölkədə sülh və sabitliyi saxlayıb:
“Mənim işim və borcum öz ölkəmin milli maraqlarını qorumaq, xalqımızı qorumaqdır”- baş nazir deyib.