Xavier Kolomina Şalva Papuaşvili ilə görüşüb – FOTO

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanda səfərdədir.

Kolomina səfər çərçivəsində Parlamentin spikeri Şalva Papuaşvili ilə görüşüb.

Tərəflər təhlükəsizlik çağırışları, Gürcüstanın NATO-ya inteqrasiyası kimi məsələləri müzakirə ediblər. Parlamentin məlumatına görə, Kolomina Gürcüstanla NATO arasındakı əlaqələri müsbət qiymətləndirib.

Görüş zamanı Gürcüstanın Avropa Komissiyasının 12 tövsiyəsini yerinə yetirməsi barədə də söhbət aparılıb. Papuaşvili Avropa Komissiyasının Gürcüstana namizəd statusunu təqdim edəcəyinə ümid etdiyini deyib.