“Google” axtarış səhifəsində Gürcüstan bayrağının təsviri yerləşdirilib

“Google” axtarış sistemində Gürcüstanı Müstəqillik Günü ilə əlaqədar xüsusi “dudl” yerləşdirib.

Belə ki, mayın 26-sı saat 00:00-dan etibarən axtarış sisteminin əsas səhifəsində Gürcüstan bayrağının təsviri olan xüsusi “dudl” yerləşdirilib. Axtarış sistemində bu gün Gürcüstanın Müstəqillik Günü olduğu qeyd edilib.

Məlumat üçün onu da bildirək ki, “dudl”un üzərinə vurduqda, axtarış sistemi istifadəçini Gürcüstanın Müstəqillik Günü ilə bağlı məlumatların olduğu səhifəyə yönləndirir.