ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dair bəyanat yayıb
“Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq”.
Bu fikirlər ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub.
Sənəddə qeyd olunub ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək:
“ABŞ dövlət katibi Entoni Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq olar. Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu məsələlərin həlli zorakılıq yolu ilə deyil, masa arxasında məhsuldar danışıqlarla olacaq.
Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır”.