Bu hərəkətlərə yol verən şəxslər 300 lari cərimələnəcəklər

Mayın 31-dən etibarən parkların, meydanların, yolların, yeraltı keçidlərin, yol nişanlarının, işıqforların, açıq hava müşahidə kameralarının, ictimai nəqliyyatın və ya onun inventarının qəsdən zədələnməsi və ya məhv edilməsi cərimə ilə nəticələnəcək.

Bununla bağlı yeni qanun layihəsi bu gündən qüvvəyə minib.

Belə ki, qeyd edilən hərəkətlərə yol verən şəxslər 300 lari, eyni hərəkətin təkrarlanması isə 500 lari məbləğində cərimə və ya inzibati həbslə nəticələnəcək.