Gürcüstanda ilk: 3D işıqlandırma sistemi…
İlk dəfə Gürcüstanın qorunan ərazilərinə, Martvili Kanyonuna səyahət hətta gecə də mümkün olacaq.
Bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Kanyon ərazisində quraşdırılmış ekoloji cəhətdən təmiz, beynəlxalq standarta uyğun 3D işıqlandırma sistemi ətraf mühitə zərər vermir və eyni zamanda səyahəti daha da möhtəşəm edir.