Gürcüstandan katalizator ixracı qadağan ediləcək

Gürcüstandan katalizator ixracı qadağan ediləcək.

Bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin bugünkü iclasında deyib.

O, bildirib ki, ölkədə avtomobillərin katalizatoru çıxarılır və daha sonra xarici ölkələrə satılır. Hökumət başçısı Gürcüstandakı avtomobillərin katalizatorlarının olmamasının havanın çirkləndirilməsinin əsas səbəblərindən biri olduğunu, bu qərarın havanın keyfiyyətini qorumaq məqsədilə qəbul edildiyini qeyd edib.

O, müvafiq fərmanın tezliklə veriləcəyini bildirib.