Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı davam etdirəcək

“Müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük önəm daşıyır”.

Bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.

“Müdafiə sənayesi sahəsində atacağımız addımlarla birlikdə bu sahədə tədrislə bağlı üzərimizə düşən vəzifələr də var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirirdiksə, bundan sonra da yerinə yetirməyə davam edəcəyik”, – o, deyib.