Ermənistanın atəş açdığı post Azərbaycan sərhədçiləri tərəfindən vurulub – VİDEO

Ermənistanın atəş açdığı post Azərbaycan sərhədçiləri tərəfindən vurulub.

Bu barədə Azərbaycan mətbuatının yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, ötən gün iyunun 15-də Ermənistan silahlı qüvvələri Zəngilan rayonu istiqamətində əvvəlcə Azərbaycan sərhəd zastavasına atıcı silahlardan atəş açıb, daha sonra isə minaatan artilleriya və digər döyüş sursatlar işə salınıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin cavab tədbirləri nəticəsində ermənilərin postu tamamilə dağıdılıb.