Gürcüstanla bağlı hesabat təqdim ediləcək

Avropa Komissiyası iyunun 22-də Gürcüstan, Ukrayna və Moldovanın islahatlar sahəsində əldə etdiyi tərəqqi ilə bağlı hesabatını təqdim edəcək.

Bu barədə Avropa Şurasının press relizində bildirilib. Qeyd olunub ki, hesabat iyunun 22-də Avropa İttifaqının (Aİ) Ümumi Məsələlər Şurasına təqdim ediləcək.

Avropa Komissiyasının Gürcüstanın namizəd statusu əldə etməsi üçün verilmiş 12 prioritetlə bağlı rəsmi hesabatını isə oktyabrda təhvil verəcəyi bildirilir. Aİ üzv ölkələri bu ilin dekabrında Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edəcək.