21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının açılış oyunu keçirilib – FOTO
Baş nazir İrakli Qaribaşvili övladları ilə birlikdə Tbilisidəki Boris Paiçadze adına stadionda keçirilən Gürcüstan-Portuqaliya futbol matçını izləyiblər.
21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatı bu qarşılaşma ilə açılıb.
Onu da bildirək ki, Gürcüstan millisi Portuqaliyaya 2:0 hesabı ilə qalib gəlib.
Boris Paiçadze adına stadionda baş nazirlə yanaşı, digər dövlət rəsmiləri də ölkə millisinin oyununu izləyiblər.