Qazaxıstan Baş naziri bu gün Gürcüstana rəsmi səfərə gələcək

Qazaxıstan Baş naziri Əlixan Smailov bu gün Gürcüstana rəsmi səfərə gələcək.

Bu barədə Gürcüstan Baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Qazaxıstan və Gürcüstan baş nazirləri arasında təkbətək və geniş tərkibdə görüşlərin keçirilməsi planlaşdırılıb. Tərəflər daha sonra mətbuata birgə bəyanatla çıxış edəcəklər.