Azərbaycanda qərar verildi: Sərhədlər…
Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar verilib.
Bununla bağlı Azərbaycanın Baş naziri Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Nazirlər Kabinetinin son qərarı ilə karantin rejimi iyulun 1-dək uzadılmışdı.
İmzalanan qərar iyulun birindən quru sərhədlərin açılacağı barədə yayılan məlumatların yanlış olduğunu göstərir.