Ferma kəndində azyaşlıların davasına ata qarışdı – VİDEO
Polis Kaspi bələdiyyəsində azyaşlılar arasında baş verən zorakılıq faktı ilə bağlı 1 nəfəri həbs edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şida Kartli Polis İdarəsinin Kaspi rayon şöbəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində 1986-cı il təvəllüdlü R.İ. zorakılıq ittihamı ilə həbs edilib.
İstintaqla müəyyən olunub ki, bu il iyunun 26-da Kaspi Bələdiyyəsinin Ferma kəndində iki azyaşlı arasında fiziki dava olub.
Azyaşlılardan birinin atası hadisəni öyrəndikdən sonra, oğlunu qarşıdurmada iştirak edən yeniyetmənin yanına apararaq onları yenidən üz-üzə gətirib. Təkrar qarşıdurma nəticəsində onların hər ikisi səthi bədən xəsarətləri alıblar.
Məlumat üçün onu da bildirək ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq davam edir.