Tbilisidəki Cümə məscidində bayram namazı qılınıb – FOTO

Tbilisidəki Cümə məscidində Qurban bayramı namazı qılınıb.

Minlərlə müsəlmanın iştiraki etdiyi bayram namazı məsciddə yer qalmadığı üçün ətraf küçələrdə də qılınıb.

Məlumat üçün onu da bildirək ki, bayram münasibətilə Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay və səfirliyin dini müşaviri Mahmut Göl də Cümə məscidinə gəlib.