Baş nazir müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Baş nazir İrakli Qaribaşvili müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə hökumət administrasiyası məlumat yayıb.

“Dərin hörmət və sevgi ilə müsəlman həmvətənlərimizi böyük Qurban bayramı, xeyirxahlıq, qarşılıqlı hörmət günü münasibətilə təbrik edirəm.

Gürcüstan hər zaman dinlərə hörməti və tolerantlığı ilə seçilib, bu, bizim qürurverici ənənəmizdir və həmişə belə olacaq. Biz ölkəmizi birlikdə qururuq və gələcəkdə də quracağıq.

Bir daha bütün müsəlmanları təbrik edir, hər birinə sülh və firavanlıq arzulayıram.

Gürcüstanın Baş naziri

İrakli Qaribaşvili” – deyə təbrikdə bildirilir.