Azərbaycanda Gürcüstan vətəndaşını avtomobil vuraraq öldürüb
Azərbaycanda Gürcüstan vətəndaşını avtomobil vuraraq öldürüb.
RealNews APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 30-u axşam saatlarında rayonun Zaqatalanın Qandax kəndində baş verib.
Kənd sakini 71 yaşlı Fərman Cumaəliyev idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Gürcüstanda qeydiyyatda olan və hazırda Qandax kəndində yaşayan 62 yaşlı Şamama Cəlal qızı Şabanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş. Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib.
Ş. Şabanova aldığı ağır xəsarətlərdən xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.