Ukrayna Gürcüstan hava yolları şirkətinə uzun müddətli sanksiya tətbiq edib
Ukrayna Rusiyanın təcavüzünü dəstəklədiklərinə görə daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
RealNews UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.
Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti “Georgian Airways” də var.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.