Marneulidə “Musiqili gecə” keçirilib – FOTO

8 iyul tarixində Marneuli “Musiqili gecə”-yə ev sahibliyi edib. Tədbir çərçivəsində uşaq əyləncə məkanları, zürafə “Joze”-nin uşaq tamaşası, yerli sahibkarların məhsullarının sərgi-satışı və müxtəlif əyləncəli tədbirlər təşkil olunub.

Bu barədə Marneuli Meriyası məlumat yayıb.

“Musiqili Gecə” konsert proqramı ilə başa çatıb.

Qeyd edilib ki, Hökumət Administrasiyasının təşkil etdiyi “Musiqili Gecələr” bütün ölkə miqyasında bu il ilk dəfədir ki keçirilir.

Tədbirdə Hökumət Administrasiyasının nümayəndəsi Tata Svanadze, Kvemo Kartli Qubernatorunun müavini Kaxa Koberidze, Marneuli Munisipaliteti Sakrebulosunun sədri Amiran Qiorqadze, Marneuli merinin müavini Temur Şubitidze, eləcə də digər rəsmilər, yerli sakinlər, gənclər və uşaqlar iştirak ediblər.