Marneulidəki “Azərbaycan Evi”ndə foto sərgi keçirilib – FOTO

Marneulidəki “Azərbaycan Evi”nin təşkilati dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar foto-sərgi açılıb.

Bu barədə Marneulidəki “Azərbaycan Evi” məlumat yayıb.

Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.

Foto-sərgini ziyarət edən “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin könüllü gəncləri arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.

Layihə rəhbəri Fərhad Abdulov bildirib ki, layihənin məqsədi Şuşanın tarixinin və mədəni irsinin yerli, azərbaycanlı və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.