Almaniya Bundestaqının sədri bu gün Tbilisiyə səfərə gəlir

Almaniya Bundestaqının sədri Barbel Bass bu gün Tbilisiyə səfərə gəlir.

RealNews xəbər verir ki, bu barədə məlumatı Almaniya səfirliyi yayıb. Bildirilib ki, səfər Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin dəvəti ilə həyata keçirilir. Məlumata görə, Barbel Bass Şalva Papuaşvili ilə yanaşı Prezident Salome Zurabişvili və Baş nazir İrakli Qaribaşvili ilə də görüşəcək.

Səfirliyin məlumatında bildirilib ki, Almaniya parlamenti sədrinin Gürcüstana səfəri iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Keçiriləcək görüşlər zamanı Gürcüstanın Avropa İttifaqına daxil olması üçün gələcək addımlardan danışılacağı, həmçini Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Gürcüstan və Cənubi Qafqazdakı vəziyyətin müzakirə ediləcəyi bildirilib.

Səfər iyulun 12-də başa çatacaq.