Gürcüstan və Ermənistan vətəndaşları sadəcə şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər
Baş nazir İrakli Qaribaşvili və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 12 yanvar 2023-cü ildə imzalanmış “Gürcüstan və Ermənistan Respublikası arasında vətəndaşların vizasız hərəkətinə dair” qanun qüvvəyə minib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, razılaşmaya əsasən, hər iki ölkənin vətəndaşları yalnız biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə biləcəklər.
Məlumatda o da bildirilib ki, razılaşmanın məqsədi Gürcüstan və Ermənistan vətəndaşları üçün daha əlverişli qarşılıqlı səfər imkanı yaratmaqdır.
Qeyd olunub ki, Baş nazirlər tərəfindən imzalanmış razılaşma iki ölkə arasında 19 may 1993-cü ildə imzalanmış vizasız səfərlərə dair qanunu əvəz edib.