Gürcüstan Müsəlmanlar İdarəsinin Marneuli nümayəndəliyi önündə gərginlik yaşanıb, əraziyə polislər cəlb edilib

Bu gün, axşam saatlarında Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyi önündə gərginlik yaşanıb.

Belə ki, bir qrup inanclı müsəlman ibadət evində vəhdət namazı qılmaq istədiklərini, lakin dini ocağın qapısının qəsdən bağlandığını bildiriblər.

Onu da bildirək ki, əraziyə polis əməkdaşları cəlb olunub, vəziyyətlə bağlı danışıqlar aparılıb.

Sonda imza toplanaraq, aidiyyatı qurumlardan sözügedən ibadət evinin hamı üçün açıq olmasını və ya ümumiyyətlə bağlanılması tələb olunacağı bildirilib.