Türkiyə kəşfiyyatı 40 mülki insanı ödürən terrorçunu məhv edib – FOTO
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MKT) 2020-ci ildə Afrində bomba yüklü tankerlə 40 mülki vətəndaşın həyatını itirdiyi hücuma görə məsuliyyət daşıyan Heysem Cumanı zərərsizləşdirib.
PKK-PYD/YPG Münbiç kəşfiyyat strukturunda sözdə məsul səviyyədə fəaliyyət göstərən və əməliyyat bölgələrinə, xüsusilə Fərat Qalxanı əməliyyat bölgəsinə materialların ötürülməsindən məsul olan Heysem Cümə Heysem kod adlı Əbu Dahham barədə bir müddət əvvəl kəşfiyyat məlumatı daxil olub. O, MKT tərəfindən iyulun 9-da Münbiç şəhər mərkəzində keçirilən əməliyyatda zərərsizləşdirilib.
Sözügedən terrorçunun 28 aprel 2020-ci ildə Afrin şəhər mərkəzindəki bazar yerində bomba yüklü yanacaq tankeri ilə həyata keçirilən və 11-i uşaq olmaqla 40 mülki şəxsin ölümü, 47-sinin yaralanması ilə nəticələnən hücumun məsuliyyətini daşıdığı bildirilib.