Saakaşvilidən götürülmüş nümunəni ayaqqabasının içərisinə gizlədi – VİDEO

Mixeil Saakaşvilini ziyarət edən polşalı həkimlər ondan götürdükləri tibbi nümunəni ayaqqabısının içərisinə yerləşdirərək gizlicə klinikadan çıxarmağa çalışıb.

Bu barədə Xüsusi Penitensiar Xidməti bəyanat və görüntülər yayıb.

Qurumun yaydığı kadrlarda Polşalı həkimin ayaqqabısını çıxararaq kağıza bükülmüş nümunəni gizləməyə çalışdığı görünür. Eyni zamanda bildirilib ki, həkimlərin rəsmi qaydada götürülmüş nümunəni çıxarmaq hüququ olub.