Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkil etdiyi kurslar uğurla başa çatıb – FOTO

15 iyul tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində altı aydır ki, davam edən gürcü dili və ingilis dili kursları başa çatıb, kursları uğurla bitirənlərə sertifikatlar təqdim edilib.

Bu barədə RealNews-a mərkəzdən məlumat verilib.

Mərkəzin icraçı direktoru Rezo Həsənov ilk növbədə qonaqları, müəllimləri və şagirdləri salamlayaraq bildirib ki, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”artıq iki ilə yaxındır ki, öz fəaliyyətini uğurla davam etdirir.

Bugünə kimi mərkəzdə ödənişiz olaraq keçirilən kurslardan beş yüz nəfərə yaxın şəxs faydalanıb onların içərsində şagirdlər, tələbələr, müəllimlər və digər şəxslər olub. Qeyd edilib ki, mərkəz bütün imkanlarından maksimum istifadə edərək gələcəkdə də, gənclərin daha aktiv və təhsilli olmaları üçün çalışacaq.

Daha sonra söz müəllimlərə və valideynlərə verilib. Onlar da çıxışlarında xüsusi olaraq qeyd ediblər ki, Bolnisi rayonunda belə bir mərkəzin fəaliyyəti olduqca təqdirə layiqdir. Tədbir iştirakçıları kursların və hüquq xidmətlərinin davam etdirilməsini arzulayıblar.

Məlumat üçün onu da bildirək ki, altımış nəfərdən çox iştirakçı mərkəzin təşkil etdiyi kursları uğurla bitirərək müxtəlif dərəcəli sertifikatlar alıblar.