Poniçalada azyaşlı qohumunu evlilik məqsədilə qaçıran 22 yaşlı oğlan saxlanılıb

Tbilisinin Poniçala yaşayış massivində yetkinlik yaşına çatmamış qohumunu evlilik məqsədilə qaçıran, 22 yaşlı şəxs saxlanılıb.

Yerli mətbuatda yayılmış məlumata əsasən, azyaşlı qızı toydan avtomobillə qaçıran şəxs qızın yaxın qohumu olub

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən mətbuata verilən açıqlamada ümumilikdə 4 nəfərin saxlanıldığı bildirilib.

Faktla bağlı qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi ilə araşdırmalar davam etdirilir.