Rustavidə güclü yanğın baş verib – FOTO

Rustavidə güclü yanğın baş verib.

Belə ki, şəhərin Qaqarin küçəsində yerləşən keçmiş yanğından xilasetmə idarəsinin binası alışaraq yanmağa başlayıb.

Hadisə yerinə dərhal çox sayda yanğın söndürən maşınlar və canlı qüvvə cəlb edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.