Prezident işğal altındakı Abxaziyada Suxumi aeroportunun Rusiyaya verilməsi qərarını pisləyib
Prezident Salome Zurabişvili Gürcüstanın işğal altındakı Abxaziya regionundakı separatçı “parlament”in Suxumi hava limanını Rusiyaya vermək qərarını pisləyib.
O, bu barədə Tvitter paylaşımında qeyd edib.
“Mən müvəqqəti işğal altındakı Abxaziyanın “parlamenti”nin strateji lokasiyanı – Suxumi hava limanını Rusiyaya nəql etmək qərarını şiddətlə qınayır və buna etiraz edirəm”, – Prezident qeyd edib.
I strongly condemn and protest the decision by so-called parliament of temporarily occupied Abkhazia to transfer strategic location – Sokhumi airport to 🇷🇺
Illegal act by Russia that requires a categorical and firm reaction of the international community! #AbkhaziaIsGeorgia
— Salome Zourabichvili (@Zourabichvili_S) July 27, 2023