Putinin həbsinə order verən hakim axtarışa verilib

Rusiyada ölkə Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) hakimi Tomoko Akane cinayət işi üzrə axtarışa verilib.

Bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.

“Tomoko Akane. Yapon. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – məlumat bazasında deyilir. Konkret hansı maddə üzrə axtarışda olduğu qeyd edilmir.