Baş nazir Çin lideri ilə strateji əməkdaşlığı müzakirə edib – FOTO

Baş nazir İrakli Qaribaşvili Çenqduda Çin sədri Si Cinpinlə görüşüb.

Bu barədə məlumatı Hökumət administrasiyası yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan və Çin Xalq Respublikası arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi qərarı qəbul edilib.

İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan Çinlə uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Baş nazir həmçinin Si Cinpinə “Bir kəmər, bir yol” qlobal təşəbbüsünə görə təşəkkür edib.

Məlumatda qeyd olunub ki, Si Cinpin Gürcüstan və Çin ikitərəfli münasibətlərini yeni səviyyəyə qaldıracaq strateji tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyib.

Si Cinpin əlavə edib ki, beynəlxalq aləmdə hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq Çinin Gürcüstanla əlaqələrinin inkişafına münasibəti dəyişməyəcək. O, Tbilisi ilə Pekin arasında strateji tərəfdaşlığın qurulmasının ikitərəfli münasibətləri yeni səviyyəyə qaldıracağını vurğulayıb.