Ölkədə QİÇS xəstəliyinə yoluxanların sayı artıb

Gürcüstanda QİÇS xəstəliyinə yoluxanların sayı artıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin 2022-ci ilə dair səhiyyə göstəriciləri hesabatında bildirilib.

Qeyd olunub ki, 2022-ci il ərzində ölkədə QİÇS xəstəliyinə 617 yoluxma halı təsdiqlənib ki, bu da 2021-ci illə müqayisədə 16,4% çoxdur.

Statistikaya əsasən Gürcüstanda QİÇS xəstəliyi daşıyıcılarının sayı 9 779 nəfərdir. 2022-ci ildə Gürcüstanda QİÇS-dən ümumilikdə 140 ölüm halı qeydə alınıb.