ABŞ-ın yeni Gürcüstan səfiri təsdiqlənib

Robin Danniqan ABŞ-ın Gürcüstana yeni səfiri vəzifəsinə təsdiqlənib.

Bu barədə məlumat Senatın Tvitter hesabında dərc edilib.

“Təsdiqləndi: Robin Danniqan Gürcüstan səfiri olacaq. Səsvermə ilə”, – deyə tvitdə qeyd edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden bu il fevralın 13-də Robin Danniqanın ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.