Bolnisidə qadını zorlayaraq onun çılpaq görüntülərini çəkən şəxs saxlanılıb

Qadının çılpaq görüntülərini çəkərək, onu zorlayan Bolnisi sakini saxlanılıb.

Bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata əsasən Bolnisi rayonunda yaşayan 1985-ci il təvəllüdlü İ.A, 2022-ci ilin may ayının 28-də zərərçəkəni zorlayaraq, onun zorla çılpaq şəkildə fotolarını çəkib.

O, həmçinin zərərçəkənlə intim video götüntülərini də mobil telefon vasitəsilə lentə alıb.

Təqsirləndirilən şəxs qanunsuz çəkilmiş şəkilləri “Facebook Messenger” vasitəsilə zərərçəkənin azyaşlı övladına göndərib.

Faktla bağlı istintaq başladılıb. Təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumat üçün onu da bildirək ki, iyun-iyul ayları ərazində Xüsusi İstintaq Xidməti tərəfindən şəxsi görüntülərin və məlumatların gizli çəkilərək yayılması faktları üzrə 2 nəfər həbs edilib, 6 nəfərə qarşı isə ittiham irəli sürülüb.