Nazirlikdən torpaq sürüşməsi ilə bağlı bəyanat
Daxili İşlər Nazirliyi Raça-Lexumi regionunda yerləşən Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi ilə bağlı bəyanat yayıb.
Nazirlikdən “Sunset Show” mehmanxanasının yaxınlığında baş vermiş sürüşmə ilə nəticəsində torpaq kütləsinin çökməsi ilə bağlı çoxsaylı zənglər qəbul edildiyi bildirilib.
Qeyd edilib ki, aidiyyəti qurumlar hadisə ilə bağlı məlumatlandırılıb və əraziyə müvafiq texnika, xilasedicilər, həmçinin DİN-in sərhəd polisinin iki helikopteri səfərbər edilib.
Qurum hazırki mərhələdə həlak olan və ya xəsarət alanlarla bağlı məlumatlı olmadığını bəyan edib.