Liloda başından güllələnən şəxsin kimliyi bəlli olub
“Lilo Mall” ərazisində sahibkar Roman İsayevə silahlı hücum edilib.
“Tv Pirveli” kanalının əldə etdiyi məlumatlara əsasən əraziyə gələn şəxs İsayevdən aralarındakı məsələni həll etmək üçün mağazadan kənara çıxmasını tələb edib, daha sonra isə ona odlu silahdan atəş açıb.
Başından iki güllə yarası alan R.İsayev hazırda xəstəxanadadır. Həkimlər onun vəziyyətini kritik qiymətləndirirlər.
Yerli sahibkarı yaralayan şəxs daha sonra ərazidən qaçaraq uzaqlaşıb.
Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə istintaq başladılıb.