Sürüşmə zonasında 40-dan çox şəxslə əlaqə yaratmaq mümkün olmayıb – FOTO
Oni bələdiyyəsi ərazisindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar axtarış-xilasetmə işləri gecə boyunca davam etdirilib.
Fəlakət zonasına helikopterlərlə 4 uçuşun həyata keçirildiyi, daha 140 nəfərin təxliyə edildiyi bildirilir. Gecə helikopterlərin uçuşu dayandırılsa da, səhər saatlarından bərpa edilib. Əraziyə əlavə 15 axtarış-xilasetmə qrupu cəlb edilib. Oni bələdiyyəsinin Qlola kəndi yaxınlığında fövqəladə hallar xidmətinin mobil qərargahı yaradılıb.
Hadisə ilə əlaqədar Baş nazir İrakli Qaribaşvili təbii fəlakət zonasına yola düşüb.
Onu da bildirək ki, 40-dan çox şəxslə əlaqə yaratmaq mümkün olmayıb. Onlar itkin düşmüş sayılır.