Gürcüstana ilk başsağlığı Azərbaycandan gəldi
Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Tvitter” səhifəsində paylaşım edilib.
“Gürcüstanın Şovi, Raça bölgəsində baş verən güclü sürüşmə nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı veririk. Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq.
Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq.”-deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi səhifəsində edilən paylaşımda qeyd olunub.
We express heartfelt condolences to the families, who lost their loved ones in a massive landslide in Shovi, Racha, #Georgia. We hope the dozens of people who are still missing will be found safe and sound.
We stand with the Government and the people of Georgia🇬🇪. @MFAgovge pic.twitter.com/v1a9mMU48N
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 4, 2023