Sürüşmə zonasında xidmət aparan polis əməkdaşı vəfat edib

Oni bələdiyyəsində torpaq sürüşməsi zonasında polis əməkdaşı vəfat edib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinin aparıldığı sürüşmə zonasında ictimai asayişin təmin edilməsi məqsədilə vəzifə borcunu yerinə yetirən 1975-ci il təvəllüdlü polis əməkdaşı huşunu itirib. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib.