Matəm günü ilə əlaqədar dövlət bayraqları endirilib
Avqustun 3-də Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar bu gün matəm günü elan edilib.
Bununla əlaqədar bütün ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv edilib.
Matəm 8 avqust saat 00:00-dək davam edəcək.
Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışlarının isə davam etdirildiyi bildirilir.