Marneulidə baş vermiş yol qəzası nəticəsində Bolnisi sakini dünyasını dəyişib – FOTO

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Belə ki, sürətlə hərəkət edən “Opel” markalı minik avtomobilinin sürücüsü Mehrab Zeynalov idarəetməni itirərək Qızılhacılı qəbristanlığının yaxınlığında dayanan avtobusa çırpılıb.

Ötən gün saat 21:00 radələrində baş vermiş hadisə nəticəsində 32 yaşlı Bolnisi bələdiyyəsinin Kolayır kənd sakini Mehrab Zeynalov yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.